Superliqada 16 qol ilə bombardirlik yarışına liderlik edən "Fənərbaxça"nın ulduz futbolçusu Edin Ceko Avropada ən çox qol vuranlar arasındadır.
Apasport.az-ın məlumatına görə, 37 yaşı olmasına baxmayaraq, bosniyalı hücumçu dünyanın ən yaxşılarını geridə qoyaraq siyahının 4-cü pilləsində qərarlaşıb.
Ceko "Mançester Siti"nin ulduzu Erlinq Halandı, "Liverpul"un misirli hücumçusu Məhəmməd Salahı və "Real"ın gənc ulduzu Cud Bellinqemi geridə qoyub.
Siyahının ilk üçlüyü isə belədir:
1. Herri Keyn ("Bavariya") - 26 qol;
2. Kilian Mbappe (PSJ) - 25 qol;
3. Serhou Qirassi ("Ştutqart") - 19 qol.