Əfsanə Mançesterə qayıdır
08.07.2024 - 10:42
Əfsanə Mançesterə qayıdır

Hollandiyalı futbol əfsanəsi Ruud Van Nistelrooy "Mançester Yunayted"in yeni baş məşqçi köməkçisi təyin olunub.

Apasport.az xəbər verir ki, məşhur hollandiyalı qarşıdakı günlərdə Rene Hake ilə birgə ictimaiyyətə təqdim olunacaq. 

Van Nistelrooya başqa klublardan da təkliflər olsa da, o, evə qayıtmağı üstün tutub. 

Qeyd edək ki, sabiq futbolçu "qırmızı şeytanların" heyətində 2001-2007-ci illər aralığında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0