"Əl-Əhli" "Roma"nın futbolçusunu istəyir
05.08.2023 - 16:13
"Əl-Əhli" "Roma"nın futbolçusunu istəyir

Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport. az saytı xəbər verir ki, "Roma"nın müdafiəçisi Rocer İbanez "Əl-Əhli"dən təklif alıb.

24 yaşlı mərkəz müdafiəçisi oyunu ilə ərəblərin diqqətini cəlb edib. Braziliya millisinin də şərəfini qoruyan futbolçu üçün italyanlarla danışıqları davam etdirən yarımada klubu yaxın günlərdə keçidi həll etməyə çalışır.

Qeyd edək ki, son mövsümdə 48 oyunda iştirak edən İbanez 3 dəfə fərqlənməyi bacarıb.

writer photo
Əlirza Əlirzalı
0