“Əl-Hilal”dan 60 milyonluq transfer
23.07.2023 - 18:46
“Əl-Hilal”dan 60 milyonluq transfer

“Əl-Hilal” braziliyalı futbolçu ilə heyətini gücləndirməyi planlayır.

Apasport.az-ın məlumatına görə, ərəblərin Malkomun transferini yekunlaşdırmaq üzrədir.

“Əl-Hilal” bu keçid üçün “Zenit”ə 60 milyon avro ödəyəcək. Ərəblər bu məbləği iki mərhələdə  həyata keçirəcək. İlkin mərhələdə 45 milyon ödəniş olunacaq. Malkom özü isə yeni komandasında ilə 18 milyon avro qazanacaq.

Qeyd edək ki, braziliyalı futbolçu dünən Rusiya çempionatında meydana çıxmayıb. Malkomun bazar ertəsi müqavilə imzalaması gözlənilir.  
 

writer photo
Əlirza Əlirzalı
0