“Əl-Nəsr” “Barselona”nın kapitanını istəyir - 13 milyon avro maaş
10.01.2023 - 15:44
“Əl-Nəsr” “Barselona”nın kapitanını istəyir - 13 milyon avro maaş

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu portuqaliyalı Kriştiano Ronaldonun ardınca daha bir səs-küylü transferə imza atmaq istəyir.

Apasport.az saytı xəbər verir ki, paytaxt komandası yay transfer dönəmində İspaniya “Barselona”sının kapitanı Serxio Busqetsi heyətə cəlb etməyi planlaşdırır.

“Əl-Nəsr” futbolçuya 13 milyon avro illik maaş təklif edib. 34 yaşlı ispan oyunçunun bu təklifə nə cavab verəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Busqetsin kataloniyalılarla müqaviləsi mövsümün sonunda başa çatır. Oyunçu ABŞ-nın “İnter Mayami” klubunun da maraq dairəsindədir.

writer photo
Əlirza Əlirzalı
0