Elneni Səudiyyə Ərəbistanına səfər edə bilər
01.01.2024 - 13:24
Elneni Səudiyyə Ərəbistanına səfər edə bilər

"Arsenal"ın yarımmüdafiəçisi Mohamed Elneni qışda klub qeydiyyatını dəyişə bilər.

Apasport.az xəbər verir ki, misirli ilə təkcə "Trabzonspor" deyil , həm də "Beşiktaş" maraqlanır.

Bundan əlavə, Səudiyyə Ərəbistanı klublarının mümkün transfer şərtlərini öyrənməyə başladığı məlum olub.

Transfermarkt portalının məlumatına görə, 31 yaşlı futbolçunun dəyəri 4,5 milyon avrodur.  
 

writer photo
Əlirza Əlirzalı
0