Emerinin ilk istəyi
27.10.2022 - 22:48
Emerinin ilk istəyi

“Aston Villa”nın qış transfer pəncərəsindəki ilk mümkün transferinin kimliyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “Vilyarreal”ın hücumçusu Yeremi Pinonu heyətinə qata bilər.

Onun keçidini yeni baş məşqçi Unai Emeri istəyib. Mütəxəssis əvvəlki iş yerindən yaxşı tanıdığı sabiq yetirməsini sərəncamında olmasının tərəfdarıdır.

Qeyd edək ki, 20 yaşlı hücumçu cari mövsümün 14 oyununda 1 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0