Emeriyə İngiltərədən dəvət
21.10.2022 - 13:03
Emeriyə İngiltərədən dəvət

İngiltərənin “Aston Villa”nın baş məşqçisi postuna əsas namizədin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Stiven Cerrardı istefaya göndərən Premyer Liqa klubunun əsas hədəfi Unai Emeridir.

Birminhemlilər hazırda “Vilyarreal”ı çalışdıran ispaniyalını baş məşqçi postuna gətirmək istəyir. Əgər Emeri İngiltərəyə qayıtmaq təklifini qəbul etməsə, klub rəhbərliyi Maurisio Poçettino ilə təmasa keçəcək.

Qeyd edək ki, “Aston Villa” Premyer Liqanın turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0