Ən yaxşı braziliyalı futbolçu müəyyənləşdi
28.11.2023 - 12:21
“Real”ın braziliyalı futbolçusu Vinisius Junior ölkəsində mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, hücumçu
ilin ən yaxşı braziliyalı futbolçusuna verilən "Qızıl Samba" mükafatını alıb.
23 yaşlı gənc futbolçu karyerasında ilk dəfə bu ada layiq görülüb. Forvard mükafat uğrunda mübarizədə "Əl-Hilal"dan Neymarı və PSJ-dən Markinyosu qabaqlayıb.
Qeyd edək ki, bu mövsüm “Kral klubu”nun heyətində 13 matça çıxan futbolçu 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0