Endrik 17 yaşında karyerasında beşinci kubokunu qaldırdı
09.04.2024 - 11:35
"Real Madrid"ə gedən braziliyalı vunderkind Endrik 17 yaşında kolleksiyasına daha bir kubok əlavə edib.
Apasport.az xəbər verir ki, yayda "Real Madrid"ə keçməyə hazırlaşan Endrik karyerasının 5-ci kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, Endrikin çıxışları artıq dünyanın bir çox top-klubunun diqqətini çəkib. “Transfermarkt” portalı Endrikin dəyərini 55 milyon avro olaraq qiymətləndirir.
0
0