Voleybolçu qadınlar arasında Türkiyə Sultanlar Liqasının qalibi müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, “Fənərbaxça” həlledici qarşılaşmalarda “Eczaçıbaşı”nı məğlub edib (3:0).
“Eczaçıbaşı” normal mövsümdə keçirdiyi 26 oyunu və yarımfinalda iki matçı qələbə ilə başa vuraraq, məğlubiyyətsiz irəliləmişdi. Amma komanda finalda eyni uğuru təkrarlaya bilməyərək, seriyanın hər 3 matçında məğlubiyyət acısı yaşayıb.
“Fənərbaxça” 4 mövsümdən sonra yenidən Türkiyə çempionu olub. Bununla onlar həm də, “Vakıfbank”ın 4 illik seriyasına son qoyublar.
Qeyd edək ki, “Eczaçıbaşı” 28, “Fənərbaxça” 14, “Vakıfbank” isə 11 dəfə çempion tiltulunu əldə ediblər.
“Fənərbaxça” - ÇEMPİON!
11.05.2023 - 23:17
0
0