Türkiyə Superkubokunun keçiriləcəyi vaxt dəqiqləşdi
21.02.2024 - 18:37
Türkiyə Superkubokunun keçiriləcəyi vaxt dəqiqləşdi

Türkiyə Superkuboku finalının keçiriləcəyi yer və vaxt bəlli olub.

Apasport.az xəbər verir ki,  "Qalatasaray" və "Fənərbaxça" arasında baş tutacaq görüş aprelin 7-də, Bakı vaxtı ilə saat 22:00-da oynanılacaq. 

Matç Şanlıurfa şəhərində keçiriləcək. Oyunun ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanında təşkili nəzərdə tutulsa da, təşkilatçıların bəzi qadağalarına görə komandalar meydana çıxmaqdan imtina etmişdilər.

Qeyd edək ki, "Qalatasaray" son Türkiyə çempionatının, "Fənərbaxça" isə kubokunun qalibi olub

writer photo
Əlirza Əlirzalı
0