Ölkəmizin tanınmış gənc voleybol mütəxəssisi, “Xarı Bülbül Şuşa” klubunun tarixinə ilk baş məşqçi kimi düşən Ziya Rəcədov İndoneziyanın qadınlardan ibarət milli komandasını çalışdıra bilər.
Apasport.az xəbər verir ki, bu barədə təklif alan Rəcəbov hazırda İndoneziyanın “Cakarta PLN” klubunun baş məşqçisidir.
Yeri gəlmişkən, “Cakarta PLN” klubu azərbaycanlı baş məşqçisini ictimaiyyətə təqdim edib. Əsasən, gənc voleybolçulardan ibarət klubun hədəfi ölkə çempionatında “Dördlər Finalı”na yüksəlmək, daha sonra mükafatlar uğrunda mübarizə aparmaqdır.
Xatırladaq ki, İndoneziya çempionatında 6 komanda çıxış edir.