"Mançester Yunayted"in hücumçusu Entoni Braziliya millisindən kənarlaşdırılıb.
Apasport.az saytı xəbər verir ki, buna futbolçunun keçmiş sevgilisi Qabriela Kavallinin onu məişət zorakılığında ittiham etməsidir.
İddialara cavab verən 23 yaşlı Entoni qarşı tərəfin yalan danışdığını, tez-tez mübahisə etdiklərini, lakin fiziki zorakılıq olmadığını açıqlayıb. Polis araşdırmalara başlayıb.
Entoni yekunda ittihamların boş olacağına əminlik ifadə edib.
Qeyd edək ki, yeni mövsümdə Premyer Liqanın 4 matçında iştirak edən Entoni fərqlənə bilməyib. Braziliya millisi isə sentyabrın 9-da Boliviya 4 gün sonra Peru ilə oynayacaq.