"Mançester Yunayted"in hücumçusu Entoni ilə bağlı qalmaqal davam edir.
Apasport.az saytı xəbər verir ki, daha bir qadın 23 yaşlı braziliyalının ona təcavüz etdiyini deyib.
Bankda çalışan İnqrid Lana bildirib ki, futbolçu 2022-ci ilin oktyabrında onu evinə dəvət edərək cinsi əlaqədə olmaq istəyib: “Məqsədim yalnız biznes idi. Mən ora futbolçunun dəvəti ilə gəldim, amma dərhal anladım ki, onun gizli niyyətləri var. O, mənimlə cinsi əlaqədə olmağa çalışdı, amma mən bunu istəmirdim. Məni itələdi və nəticədə başımı divara vurdum”.
Qeyd edək ki, sevgilisinə təcavüz etməkdə günahlandırılan hücumçu ilə bağlı polis araşdırmaları davam edir. Məhz bu səbəbdən o, Braziliya millisinin heyətindən uzaqlaşdırılıb.