Ərəblər Benzemaya şərt qoydu
10.04.2023 - 23:43
Ərəblər Benzemaya şərt qoydu

“Real”ın futbolçusu Kərim Benzema Səudiyyə Ərəbistanından təklif alıb.

Apasport.az saytının məlumatına görə, Asiya ölkəsinin adı açıqlanmayan klubu fransalı hücumçunu heyətində görmək istəyir.

36 yaşlı forvarda cəlbedici təklif göndərən ərəblər əlavə şərt də qoyub. Benzema təklifi qəbul etsə, Səudiyyə Ərəbistanında öz futbol akademiyasını açmalıdır.

Hücumçu isə hələ “Real”da qalmağı düşünür. Kərim növbəti mövsümdə də İspaniyada çıxış etmək və 2024-cü ilin yayında Səudiyyə Ərəbistanına yollanmağı planlaşdırır.

Qeyd edək ki, Benzema cari mövsüm La Liqada keçirdiyi 18 qarşılaşmada 14 qol və 3 asssitə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0