Ərəblərin futbol çılğınlığı
21.01.2024 - 11:06
Ərəblərin futbol çılğınlığı

Səudiyyə Ərəbistanı klubları bu yay transferlərə təxminən 2 milyard funt sterlinq xərcləməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, söhbət bütün çempionatın ümumi xərclərindən, o cümlədən transfer, maaş və agentlik xərclərindən gedir.

Son illər Kriştiano Ronaldo, Neymar, Kərim Benzema kimi ulduzları Ərəbistan Yarımadasına gətirən klublar bu siyasəti davam etdirməkdə maraqlıdırlar.
Hədəfdəki futbolçular sırasında il sırada “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne və “Liverpul”un hücumçusu Məhəmməd Salah qərarlaşıb. Belçikalı yarımmüdafiəçi uğrunda “Əl-Nasr” və “Əl-Hilal” mübarizə aparırsa, misirli forvardı “Əl-İttihad”a cəlb etmək üçün komanda rəhbərliyi ingilislərə etdiyi təklifini hər gün arıtmağa davam edir.

İddialara görə, "Liverpul"dan Tiaqo Alkantara, "Tottenhem"dən Heunq-Min Son və "Napoli"dən Viktor Osimhen də ərəb klublarının diqqət mərkəzində yer alan futbolçular siyahısındadırlar.

writer photo
Əlirza Əlirzalı
0