Erik Remzi “Mançester Yunayted”dən ayrıldı
27.02.2024 - 11:47
“Mançester Yunayted”ın məşqçilər korpusunun üzvü Erik Remzi mankunian nəhəngindən ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.
32 yaşlı uelsli mütəxəssis karyerasını MLS-də davam etdirəcək. Erikə “Minnesota Yunayted”də iş təklif edilib.
Qeyd edək ki, Remzi 2021-ci ilin yayından mankunian nəhənginin məşqçilər korpusunda yer alır. Minnesota MLS-in yeni mövsümündə yalnız 1 oyun keçirib. Komanda “Ostin” üzərində 2:1 hesablı qələbə qazanıb.
0
0