"Everton"a dərd üstünə dərd...
30.11.2023 - 22:19
"Everton"a dərd üstünə dərd...

İngiltərədə “Everton”un başı dərddən qurtulmur.

Apasport.az xəbər verir ki, Premyer Liqa klubunu yeni cəzalar gözləyir.

Ötən günlərdə maliyyə feyr-pley qaydalarına əməl etmədiyi üçün 10 xalı silinən Mersisayd təmsilçisi yenidən eyni təhlükə ilə üz-üzədir. Premyer Liqa rəhbərliyi komandadan 2022/23 mövsümünə aid maliyyə sənədlərini ən geci dekabrın 31-nə kimi onlara təhvil verməsini istəyib. Sözügedən sənədlərin təhlilindən sonra “Everton”un daha bir xal silmə cəzasına məruz qalacağı iddia olunur.

Qeyd edək ki, hazırda 4 xalı olan komanda “Börnli” ilə birlikdə turnir cədvəlinin son iki pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0