Falkao ərəblərin transfer SİYAHISINDA
26.07.2023 - 18:44
Falkao ərəblərin transfer SİYAHISINDA

Səudiyyə Ərəbistanı klublarının transfer siyahısında olan daha bir ulduzun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Radamel Falkao da karyerasını Asiyada davam etdirə bilər.

Bu ölkənin klublarından biri hazırda “Rayo Valyekano”da forma geyinən kolumbiyalı hücumçunun xidmətində maraqlıdır. Həmin komandanın adı açıqlanmır.

Qeyd edək ki, Falkao 2021-ci ilin sentyabrından İspaniya klubunda çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0