Fatih Terimin komandası derbini qazandı
18.01.2024 - 11:25
Fatih Terimin komandası derbini qazandı

Yunanıstan kubokunun 1/8 finalında "Panatinaikos" səfərdə "Olimpiakos"u məğlub edib. 

Apasport.az xəbər verir ki, derbi 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında Fatih Terimin komandası qalib gəlib (7:6).

Nəticədə "Panatinaikos" Yunanıstan kubokunun 1/4 finalına yüksəlib.

Qeyd edək ki, 70 yaşlı mütəxəssis "Panatinaikos"un "sükanı arxasında" 5 matça çıxıb, 2 heç-heçə, 3 qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0