"Konyaspor"un baş məşqçisi Hakan Keleş 7:1 hesabı ilə uduzduğu "Fənərbaxça" matçından sonra istefaya qərar verib.
Apasport.az "Sporx"ə istinadla xəbər verir ki, bu barədə baş məşqçi açıqlama verib.
52 yaşlı mütəxəssis maçdan sonra çox peşman olduğunu bildirib: "Konyaspor" ailəsindən üzr istəyirəm. Çox danışmaq istəmirəm. Klub prezidenti ilə danışdıqdan sonra lazım olanı edəcəm".
Hakan Keleş 7:1 hesablı məğlubiyyəti həzm edə bilmədiyini söyləyib: "Bu nə mənə, nə də "Konyaspor"a yaraşmadı. Həzm edə bilmirəm. Bütün məsuliyyət mənə aiddir".
Onu da qeyd edək ki, yerli mətbuatda bölgə təmsilçisinin çalışdırıcısı Hakan Keleşin Ömər Ərdoğanla əvəzlənə biləcəyi iddia edilib. Məlumata görə, artıq Ömər Ərdoğanla razılıq əldə olunub.
Klub prezidenti Ömər Qorxmaz mövzu ilə bağlı bunları söyləyib: "İdarə heyətimiz və məşqçi ilə danışacam. Nə lazımdırsa, ediləcək".