“Fənərbaxça” Avropada rəqibsizdir
03.10.2023 - 00:37
“Fənərbaxça” Avropada rəqibsizdir

“Fənərbaxça” Avropada hökmranlığını davam etdirir.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubu Türkiyə Super liqasında hesabat turunu da qələbə ilə başa vurub.

Öz meydanında “Çaykur Rizəspor”u 5:0 hesabı ilə məğlub edən “sarı bülbüllər” ölkə çempionatında keçirdiyi 7 matçda da 100 faizlik nəticə qazanıb. Bununla da İsmail Qartalın yetirmələri “köhnə qitə”nin top çempionatları da daxil olmaqla xal itirmədən irəliləyən yeganə komanda adını qorumuş olub.

Qeyd edək ki, turnir cədvəlində əzəli rəqibi “Qalatasaray”ı 2 xal qabaqlayaraq liderliyini davam etdirən “Fənərbaxça” növbəti turda “Kasımpaşa”nın qonağı olacaq.

writer photo
Əlirza Əlirzalı
0