"Fənərbaxça" darmadağınla turu keçdi
18.01.2024 - 09:40
"Fənərbaxça" darmadağınla turu keçdi

Ziraat Türkiyə Kubokunun 5-ci turunda " Fənərbaxça" "Adanaspor"u qəbul edib.

Apasport.az xəbər verir ki, rəqibini 6:0 hesabı ilə məğlub edən “Fənərbaxça” növbəti mərhələyə yüksəlib.

"Sarı-lacivərdlilər"ə qələbə qazandıran qolları 29-cu dəqiqədə Linkoln Henrike, 39, 50, 68 və 71-ci dəqiqələrdə Mişi Batşuayi və 81-ci dəqiqədə Mert Hakan Yandaş vurub. 

writer photo
Əlirza Əlirzalı
0