"Fənərbaxça" heyətini 19 yaşlı futbolçu ilə gücləndirdi
09.08.2024 - 23:49
"Fənərbaxça" heyətini 19 yaşlı futbolçu ilə gücləndirdi

Super Liqa təmsilçilərindən "Fənərbaxça" növbəti transferini həyata keçirib.

Apasport.az istanbul təmsilçisinin saytına istinadən xəbər verir ki, istanbullular "Bursaspor"dan ayrılan Yiğit Fidanı heyətinə qatıb.

19 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fidan ötən mövsüm 2-ci liqada 31 matçda 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0