“Fənərbaxça” “Mançester Siti”ni qabaqlayıb
25.09.2023 - 22:11
“Fənərbaxça” “Mançester Siti”ni qabaqlayıb

“Fənərbaxça” Avropada daha bir uğura imza atıb.

Apasport.az saytı xəbər verir ki, “sarı- lacivərd”li komanda bu mövsüm meydana çıxdığı heç bir rəsmi oyunda xal itirməyib.

Yerli mütəxəssis İsmail Qartalın rəhbərlik etdiyi komanda Türkiyə Super Liqasında 5, Avropada isə 7 matçda iştirak edərək 100 faizlik nəticə göstərib. İstanbul təmsilçisinin bu nominasiyada ən yaxın rəqibi “Mançester Siti”dir. 

Qeyd edək ki, ingilislər 9 matçda 7 qələbə və 2 heç-heçəyə sahibdirlər. 

writer photo
Əlirza Əlirzalı
0