"Fənərbaxça" - "Olimpiakos" matçının hakimi bəlli olub
16.04.2024 - 12:31
UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin cavab matçında "Fənərbaxça"nın "Olimpiakos"u qəbul edəcəyi görüşün hakimi bəlli olub.
Apasport.az xəbər verir ki, qarşılaşmanı Almaniya Futbol Federasiyasından Tobias Stieler idarə edəcək. "Fənərbaxça" - "Olimpiakos" matçının VAR hakimi Almaniya Futbol Federasiyasından Kristian Dingert olacaq.
Xatırladaq ki, Yunanıstanda keçirilən ilk matçda 3:2 hesabı ilə məğlub olan “Fənərbaxça” “Olimpiakos”u qəbul edəcək. Görüş aprelin 18-i saat 23:00-da keçiriləcək.
0
0