“Fənərbaxça” Türkiyə yığmasının futbolçusu ilə anlaşdı
19.12.2022 - 10:56
“Fənərbaxça” Türkiyə yığmasının futbolçusu ilə anlaşdı

Türkiyənin “Fənərbaxça” klubu yeni futbolçu ilə güclənəcək.

Apasport.az xəbər verir ki, müdafiənin mərkəzinə yeni oyunçu transfer etmək istəyən İstanbul təmsilçisi “Adana Dəmirspor”dan Samet Akaydınla danışıqları müsbət yekunlaşdırıb. 

“Sarı bülbüllər” artıq 28 yaşlı futbolçunun klubu və özü ilə razılıq əldə edib. “Fənərbaxça” bunun üçün qarşı tərəfə 4 milyon avro ödəyəcək. Türkiyə millisinin də şərəfini qoruyan Akaydınla 4,5 illik müqavilənin imzalanması gözlənilir.

Qeyd edək ki, müdafiəçi bu mövsüm “Adana Dəmirspor”un heyətində 13 oyuna çıxıb və 1 qol vurub. 
 

writer photo
Əlirza Əlirzalı
0