"Fənərbaxça"da növbəti ayrılıq - rəsmi
31.01.2024 - 14:12
"Fənərbaxça"da növbəti ayrılıq - rəsmi

“Fənərbaxça” portuqaliyalı yarımmüdafiəçisi Migel Kresponu icarəyə göndərib.

Apasport.az-ın xəbərinə görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı açıqlama yayıb.

27 yaşlı yarımmüdafiəçi icarə əsasında “Rayo Vallekano”nun şərəfini qoruyacaq.

Razılaşma mövsümün sonuna kimi qüvvədə olacaq.

İspaniya klubu mövsümün sonunda Krespodan razı qalsa, onu birdəfəlik transfer etmək hüququna da malik olacaq.

Qeyd edək ki, 2021-ci ilin sentyabr ayından “Fənərbaxça” forması geyinən Krespo bu mövsüm 18 matçda iştirak edərək, aktivinə 1 qol və 1 məhsuldar ötürmə yazdırıb.

writer photo
Əlirza Əlirzalı
0