“Fənərbaxça”nı arzulayır
26.12.2022 - 16:36
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Apasport.az saytı xəbər verir ki, Fransa “Lion”unun müdafiəçisi Jerom Boatenq İstanbul klubunda çıxış etməyin əleyhinə deyil.
Təcrübəli futbolçu menecerləri tərəfindən artıq “Fənərbaxça”ya təklif edilib. 34 yaşlı Boatenq klubunu dəyişməkdə maraqlıdır.
Qeyd edək ki, Boatenq bu mövsüm “Lion”a cəmi dörd oyunda kömək edib.
0
0