"Fənərbaxça"nın ulduz futbolçusu "Qalatasaray"ın radarına düşüb
13.06.2024 - 13:57
"Fənərbaxça"nın ulduz futbolçusu "Qalatasaray"ın radarına düşüb

Super Liqa təmsilçilərindən "Fənərbaxça" ilə müqaviləsi başa çatan Mişi Batşuayinin gələcək karyerasına harada davam edəcəyi sual altındadır. 

Apasport.az xəbər verir ki, belçikalının menecerinin "Qalatasaray"la danışıqlar apardığı iddia edilib.

30 yaşlı forvardın menecerləri "sarı-qırmızılı" klubdan 5 milyon avro və imza haqqı istədiklərini bildiriblər. 

Rəqəmi kifayət qədər yüksək görən "Qalatasaray" rəhbərləri Batşuayi cəbhəsi ilə danışıqlar belə aparılmadığını söyləyiblər. 

Ötən mövsüm Batşuayi "Fənərbaxça"nın heyətində 43 oyunda 1865 dəqiqə meydanda olub. 30 yaşlı futbolçu bu matçlarda 24 qol vurub, 3 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0