"Fənərbaxça"nın ulduzu "Arsenal" YOLUNDA
07.01.2024 - 16:32
"Fənərbaxça"nın ulduzu "Arsenal" YOLUNDA

"Arsenal" "Fənərbaxça"nın futbolçusu üçün skaut göndərib. 

Apasport.az xəbər verir ki, bu barədə "Beşiktaş"ın keçmiş idman direktoru Ceyhun Kazancı açıqlama verib. 

Onun sözlərinə görə, Premyer Liqa nəhənginin fransalı skautu Fərdi Kadıoğlunu izləməyə gəlib: "Arsenal"ın skautu bu yaxınlarda burada idi. O, "Fənərbaxça"dan bir futbolçu izlədi. Artıq Ferdi Kadıoğlu ilə bağlı xəbərlər var".

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm 24 oyuna çıxıb, 2 qol, 3 asistlə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0