Ferqyuson müqaviləni uzatdı
15.07.2023 - 14:41
Ferqyuson müqaviləni uzatdı

“Bolonya” futbolçusu Luis Ferqyusonla müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.

23 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma 4+1 illikdir. O, ən azı 2027-ci ilədək Bolonyanın eyniadlı klubunda çıxış edəcək.

Qeyd edək ki, ötən ilin yayından A seriyası təmsilçisinin formasını geyinən futbolçu 32 matçda 7 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0