FIFA federasiyanın üzvlüyünü dayandırdı
16.08.2022 - 10:05
FIFA federasiyanın üzvlüyünü dayandırdı

FIFA Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünü dayandırıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Üzvlüyün dayandırılmasına səbəb üçüncü şəxslərin federasiyanın fəaliyyətinə müdaxiləsi olub ki, bu da FIFA nizamnaməsini ciddi şəkildə pozur. 

Bu isə o deməkdir ki, bu il oktyabrın 11-dən 30-dək Hindistanda keçirilməsi nəzərdə tutulan 17 yaşadək qızlar arasında dünya çempionatı başqa ölkəyə veriləcək.

writer photo
Əlirza Əlirzalı
0