Filips “Mançester Siti”dən gedir
06.11.2023 - 17:53
Filips “Mançester Siti”dən gedir

"Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Filips qışda klubu tərk edə bilər.

Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu az oynamasından narazıdır. 

Bu səbəbdən də mərkəz oyunçusunun qış transfer dönəmində klubdan ayrılacağı gözlənilir. "Liverpul", "Fulhem" və "Totenhem" onun transferində maraqlıdır.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi bu mövsüm “şəhərlilər”in heyətində 3 matçda forma geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0