Firmino klubunu dəyişir
25.12.2023 - 14:58
Firmino klubunu dəyişir

Roberto Firmino “Əl-Əhli”dən ayrılmağa qərar verib.

Apasport.az xəbər verir ki, braziliyalı hücumçu klubundakı durumundan narazıdır.

O, əsas heyətdə yerini itirdiyi üçün komandasını dəyişmək istəyir. Firmino Səudiyyə Ərəbistanında digər kluba keçməyə hazırdır. Ona “Əl-İttifaq” və “Əl-Fateh” maraq göstərir. 

Qeyd edək ki, Roberto cari mövsüm 3 qol və 2 assistə imza atıb. 

writer photo
Əlirza Əlirzalı
0