Fransa klubuna görə komandasını tərk etdi
07.07.2022 - 22:49
“Ayaks”ın müdafiəçisi Nikolas Talyafiko karyerasını Fransada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu yeni mövsümdən “Lion”un formasını geyinəcək.
İki klub arasında danışıq müsbət yekunlaşıb və tərəflər keçidin baş tutmasında razılığa gəliblər. Argentina millisinin üzvü yeni komandasına 4 milyon avroya başa gəlib. İndi qalır futbolçunun Fransaya yollanaraq yeni komandası ilə münasibətləri rəsmiləşdirməsi.
Qeyd edək ki, Nikolas Talyafiko ötən mövsüm “Ayaks”ın 29 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.
0
0