Fransa prezidenti Florentino Pereslə görüşəcək
21.05.2024 - 16:31
Fransa prezidenti Florentino Pereslə görüşəcək

"Real"ın prezidenti Florentino Peres bu gün Parisə yollanıb.

Apasport.az AS-a istinadən xəbər verir ki, səfərin məqsədi FİFA-nın yaradılmasının 120 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdi. 

Tədbir zamanı Fransa prezidenti Emmanuel Makronun "Kral klubu"nun prezidenti ilə də görüşü planlaşdırılır. Fransanın birinci şəxsi "Real"ın prezidenti ilə görüşdə Kilian Mbappenin Olimpiadada iştirakının mümkünlüyünü müzakirə etmək istəyir. 

Qeyd edək ki, Mbappenin yayda "Real"la müqavilə bağlayacağı dəqiqləşib.

writer photo
Əlirza Əlirzalı
0