Fransada ingilislərə qadağa
01.11.2022 - 12:03
Fransada ingilislərə qadağa

Çempionlar Liqasının qrup mərhələsinin son turunda bu gün “Marsel” “Tottenhem”i qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, Fransa polisi azarkeşlər arasında baş verə biləcək qarşıdurmanı nəzərə alaraq bəzi tədbirlər görüb.

Fransızlar İngiltərə klubunun azarkeşlərinə Marselin mərkəzinə getməyi qadağan edib. Bundan əlavə, londonlulara matçın startına bir neçə saat qalmışa qədər stadiona yaxın gəzməmək, arena ətrafındakı bütün sektorlarda yer almamaq tövsiyə olunub.

Qarşılaşmaya 2000-ə yaxın “Tottenhem” azarkeşinin gələcəyi gözlənilir. Onlar yerli polisin nəzarəti altında avtobuslarda “Velodrom” stadionuna aparılacaq.

Qeyd edək ki, “Marsel” – “Tottenhem” görüşü Bakı vaxtı saat 00:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0