Frattezi “İnter”i seçdi
06.07.2023 - 23:22
Frattezi “İnter”i seçdi

David Frattezinin “İnter”ə keçidi rəsmiləşib.

Apasport.az saytı xəbər verir ki, “Sassuolo” bu keçiddən 27 milyon avro qazanacaq.

Razılaşmaya görə, icarə götürülən futbolçu mövsümün sonunda tam hüquqla transfer olunacaq. 24 yaşlı yarımmüdafiəçi İtaliyanın digər nəhəng klubları maraqlansa da, o, “İnter”də oynamağa qərar verib.

Qeyd edək ki, keçən mövsümdə Frattezi A seriyasında 36 matçda heyətdə yer alıb.
 

writer photo
Əlirza Əlirzalı
0