Fred “Fənərbaxça”da
11.08.2023 - 01:29
Fred “Fənərbaxça”da

Braziliyalı yarımmüdafiəçi “Fənərbaxça”da çıxış edəcək.

Apasport.az saytı xəbər verir ki, Fred İstanbul klubu ilə müqavilə imzalayacaq.

“Mançester Yunayted” bu transferə görə, 15 milyon avro qazanacaq. “Fənərbaxça” 30 yaşlı futbolçu müqavilənin detallarını razılaşdırıb. Fred həftəsonu tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Braziliya yığmasının üzvü 2018-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, 2022/23 mövsümündə komandanın heyətində 56 oyunda forma geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0