Fred “Mançester Yunayted”dən ayrılacaq
07.08.2023 - 21:27
Fred “Mançester Yunayted”dən ayrılacaq

“Mançester Yunayted”in futbolçusu Fredin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İngiltərə klubunu tərk edəcək.

Klub rəhbərliyi onun satılmasına qərar verib. Fredə uyğun müştərilərlə danışıqlar aparılır. Onun yaxın müddətdə yeni klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, mançesterlilər digər yarımmüdafiəçisi Donni van de Bekin transferi ilə bağlı “Real-Sosyedad”la danışıqları davam etdirir.

writer photo
Əlirza Əlirzalı
0