Frenk Lempard Şotlandiyanı arzulayır
03.10.2023 - 20:52
Frenk Lempard Şotlandiyanı arzulayır

Frenk Lempard “Reyncers”in baş məşqçisi təyin oluna bilər.

Apasport.az saytı xəbər verir ki, 45 yaşlı mütəxəssis Şotlandiya klubu ilə əməkdaşlıq etməyə hazırdır.

Lempardın son iş yeri “Çelsi” olub. O, ötən mövsümün sonunda komandaya müvəqqəti rəhbərlik etmişdi. Bundan başqa, Frenk “Everton” və “Derbi” klublarında da fəaliyyət göstərib.

Qeyd edək ki, “Reyncers” oktyabrın 1-də baş məşqçi Maykl Bili istefaya göndərib. Mövsümə uğursuz start götürən Qlazqo klubu 7 oyundan sonra 12 xalla üçüncü pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0