Futbolçular Tuheldən narazıdır
15.10.2023 - 01:59
Futbolçular Tuheldən narazıdır

“Bavariya”nın bəzi futbolçuları baş məşqçi Tomas Tuheldən narazıdırlar.

Apasport.az saytı xəbər verir ki, bu barədə kluba yaxın mətbuat nümayəndələri sosial şəbəkədə paylaım ediblər. 

Yayılan məlumatda 50 yaşlı mütəxəssisin davranışının futbolçular tərəfindən bəyənilmədiyi bildirilir. Onların fikrincə, baş məşqçinin iş metodu komandanın inkişafına mane olur. Bundan başqa, heyətin bir neçə saat əvvəl elan olunması oyunçuların öz rollarını mənimsəməsinə maneçilik törədir.

Qeyd edək ki, “Bavariya” 8 turdan sonra 17 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0