Gezzal Ərəbistana yollana bilər
24.08.2024 - 11:54
Gezzal Ərəbistana yollana bilər

Bu yay "Beşiktaş"ın sıralarını tərk etmiş Rəşid Gezzal karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat yayılıb.

Belə ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Orubah" əlcəzairli futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, 32 yaşlı futbolçu "Beşiktaş"ın heyətində 123 matça çıxıb, 17 qol, 33 məhsuldar ötürməyə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0