Gimnastlarımız finalda
12.07.2024 - 16:05
Gimnastlarımız finalda

Gimnastlarımız beynəlxalq turnirdə finala vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, Portuqaliyanın Santarem şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq turnir keçirilir.

Yarışda iştirak edən milli komandamızın 3 üzvü final mərhələsinə vəsiqə əldə edib. Batut gimnastikası üzrə Ayan Şabanova, ikili-mini batut üzrə Hüseyn Abbasov və Ömər Qasımlı bu uğura nail olub.

Qeyd edək ki, “Scalabis Cup” 11-13 iyul tarixlərini əhatə edir.

writer photo
Əlirza Əlirzalı
0