Günün mərkəzi matçında qapılara qol vurulmadı
31.03.2024 - 22:27
Günün mərkəzi matçında qapılara qol vurulmadı

İngiltərə Premyer Liqasında 30-cu turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün "Mançester Siti" öz meydanında "Arsenal"la 0:0 hesablı heç-heçə edib.  

Bu tura qədər lider olan "Arsenal" xal itkisindən sonra 2-ci pillədə qərarlaşıb. "Topçular"ın 65 xalı var. Bu gün "Brayton"a qalib gələn (2:1) "Liverpul" isə xallarını 67-ə çatdıraraq liderliyə yüksəlib. "Mançester Siti" isə 64 xalla 3-cüdür.

writer photo
Əlirza Əlirzalı
0