Haland bu il oynamayacaq
28.12.2023 - 17:04
“Mançester Siti”nin futbolçusu Erlinq Halandın durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb.
O bildirib ki, norveçli hücumçu zədə səbəbindən bu il meydana çıxmayacaq. Forvard dekabrın 30-da “Şeffild”lə görüşü də buraxacaq: “Erlinq özünü yaxşı hiss edir. Lakin hələ komanda ilə məşqə çıxmayıb. Ümid edirəm ki, Haland yanvarda meydana qayıdacaq”.
Qeyd edək ki, 23 yaşlı forvard “Aston Villa” (0:1) ilə dekabrın 6-da keçirilən matçda zədələnib.
0
0