“Liverpul”un keçmiş futbolçusu Denni Mörfi “qırmızılar”ın hücumçusu Məhəmməd Salahı “Mançester Siti”nin yeni transferi Erlinq Halandla müqayisə edib.
Apasport.az saytının məlumatına görə, ingiltərəli sabiq yarımmüdafiəçi norveçli forvardın bir mövsümdə 32 qol vurma rekordunu qıracağına inanmır.
Mörfi misirli ulduz futbolçunu ucaboy Halanddan daha dözümlü hesab edir: “Əgər Haland sağlamdırsa, çoxlu qol vuracaq, buna şübhə yoxdur. Amma onun bir mövsümdə Salahın qol rekordunu qıracağını düşünmürəm. 32 topa çatmayacaq? Xeyr. Məncə, çox çətindir. Mövsüm boyu zədədən qaçmalı olacaq, üstəlik, Qvardiola da müntəzəm oynadacaq. Haland hələ tam bir mövsüm oynamayıb. Salahın isə möhkəmliyi onun üstünlüklərindən biridir. Məhəmməd zədə ucbatından oyun buraxmır”.
Qeyd edək ki, Erlinq Haland 4 turdan sonra 6 qolla Premyer Liqanın bombardirlər yarışına başçılıq edir.