Harri Keyn “Tottenhem”in tarixinə düşdü
24.01.2023 - 11:35
Harri Keyn “Tottenhem”in tarixinə düşdü

“Tottenhem”in hücumçusu Harri Keyn klubun tarixinə düşüb. 

Apasport.az saytı xəbər verir ki, o, buna Premyer Liqanın XXI turunun “Fulhem” - “Tottenhem” (0:1) matçında fərqlənməklə nail olub. 

Rəqib qapısına yol tapmaqla qollarının sayını 266-ya çatdıran 30 yaşlı forvard formasını geyindiyi komandanın ən sərrast futbolçusuna çevrilib. Keyn 1961-70-ci illərdə London klubunun şərəfini qorumuş Cimmi Qrivin rekordunu ələ keçirib.

writer photo
Əlirza Əlirzalı
0